Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü silsilə tədbirlərlə qeyd olunub.

10 may 2022 | 15:31
 
Xaçmaz rayonunda görkəmli dövlət xadimi, Azərbaycanın böyük oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü təntənəli şəkildə qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri Xaçmaz şəhərinin mərkəzində Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev mərkəzində Ümummilli Liderimizin anadan olmasının 99-cu il ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Konfranda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Heydər Əliyevin öz Vətəni, xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, dünya dövlətləri arasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün regionun qüdrətli bir dövlətinə çevrilən Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı sabaha doğru inamla irəliləyir.
Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan, çoxşaxəli siyasi fəaliyyətindən və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən danışıblar.
Keçidlər