Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda iki yeni modul tipli məktəb inşa edilir

17 aprel 2023 | 16:04

“Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xaçmaz rayonunun Mollabürhanlı və Şıxlar kəndində yeni məktəblərin inşasına başlanılıb. Mollabürhanlı kəndində inşa olunan modul tipli məktəb 96, Şıxlar kəndində isə 40 şagird yerlik olacaq.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Mollabürhanlı və Şıxlar kəndində olaraq yeni inşa olunan modul tipli məktəblərdə işlərin gedişi ilə maraqlanıb.

Hər iki məktəb binasının növbəti tədris ilindən istifadəyə verilməsi planlaşdırılır. Bu günədək Xaçmaz rayonununun müxtəlif kəndlərində 23 yeni modul tipli məktəb inşa olunub.

Keçidlər