Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda kütləvi ağacəkmə aksiyası bu dəfə Çinartala kəndində təşkil olunub.

24 oktyabr 2024 | 11:01
Xaçmaz rayonunda kütləvi ağacəkmə aksiyası bu dəfə Çinartala kəndində təşkil olunub.
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiya Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində təşkil edilib.
Kütləvi yaşıllaşdırma marafonunda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat nümayəndələri eləcədə rayon ictimaiyyəti aktiv iştirak ediblər.
Aksiya zamanı yerli iqlim şəraitinə uyğun 3000 dən çox şam ağacı əkilib, basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
Son bir ay ərzində rayonun müxtəlif kənd və qəsəbələrində avtomobil yollarına kənarına, park və xiyabanlara 20 minə yaxın müxtəlif növ ağaclar əkilib. Mövsümün sonunadək rayon ərazisində daha 10 min ağac əkiləcək.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Keçidlər