Xaçmaz rayonunda Milad bayramı qeyd edilib.
07 yanvar 2025 | 11:32
Xaçmaz rayonunda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Milad bayramı qeyd olunub. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar.
Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub.
Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir.
Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılıb.