Xaçmaz rayonunda Milli mətbuatın 147 illiyi ilə əlaqədar mətbuat nümayəndələri ilə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mətbuat işçilərini və jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüb. İcra başçısı başçısı vurğlayıb ki, prezident İlham Əliyevdə jurnalistlərin peşə fəaliyyətilərinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Göstərilən qayğının nəticəsidir ki, milli mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirir. Çıxışlarda bu il 90 yaşını qeyd edən Xaçmaz qəzetinin fəaliyyəti yüksək qiymətlindirilib. Redaksiya əməkdaşlarının rayonun içtimai, siyasi və mədəni həyatında yaxından iştirak etdiyi vurğulanıb.
Media nümayəndələri səmimi görüşə təşəkkürlərini bildiriblər. Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Milli Mətbuat Günü münasibətilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıblar.