Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda növbəti ağacəkmə aksiyası Aşağı Ləgər kəndində keçirilib.

18 oktyabr 2024 | 10:58
Xaçmaz rayonunda növbəti ağacəkmə aksiyası Aşağı Ləgər kəndində keçirilib.
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam etdirirlir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyası Aşağı Ləgər kəndində Xudat-Qusar yolunun kənarında təşkil olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, idarə müəssisə və təşkilatların kollektivləri eləcədə gənc könüllülər avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun gələn şam, çinar və müxtəlif növ meyvə ağacları əkiblər.
Aksiya çərçivəsində əvvəl basdırılan ağaclara aqro-texniki qulluq göstərilib, suvarılması təmin edilib. Qeyd edək ki, son iki həftə ərzində Xaçmaz rayonunda 15 mindən çox ağac əkilib.
Kampaniyanın oktyabr-noyabr ayları ərzində davam etdirilməsi nəzərdə tutulur. Rayon ərazisində mövsüm ərzində 30 minədək şam, çinar və müxtəlif meyvə ağaclarının əkilməsi planlaşdırılır.
Keçidlər