Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda növbəti səyyar qəbul Qusarçay kəndində keçirilib

02 fevral 2023 | 12:30

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Qusarçay kəndində səyyar qəbul keçirib.
Qəbulda Qusarçay İnzibati Ərazi Dairəsinə daxil olan Həsənqala, Ağaverdioba, Balaqusarqışlaq və Qusarçay kəndlərinin sakinləri iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər qaz təchizatının bəpası, əlavə subartezian quyusunun qazılması və kəndlərarası yolun təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər