Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib

27 iyul 2023 | 17:03
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Heydər Əliyev adına Xaçmaz Şəhər Mədəniyyət Mərkəzində “Nurlu ömrün anları” tamaşasını ictimaiyyətə təqdim edib.
Tamaşa Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanıb.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova, şəhid ailələri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tamaşanın müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir.
Keçidlər