Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda regional voleybol yarışı keçirilir

22 iyun 2024 | 14:02
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən yeniyetmə qızlar və oğlanlar arasında regional voleybol çempionatında ikinci turun oyunları keçirilib.
May ayından başlayan yarışda Sumqayıt, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəni təmsil edən 14 komanda mübarizə aparır.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən ikinci turun oyunlarında “Xaçmaz” “Sumqayıt”la, “Quba” isə “Siyəzən” kollektivi ilə qarşılaşıb.
Matçlardan əvvəl çıxış edən Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ölkəmizdə idmanın, o cümlədən voleybolun inkişafından, əldə olunan nailiyyətlərdən danışıblar. Bildirilib ki, voleybola marağın artırması məqsədilə paytaxtla yanaşı, digər şəhər və rayonlarda da müxtəlif layihələr həyata keçirilir.
Çıxışlardan sonra qarşılaşmalara start verilib. Qaydalara uyğun olaraq turnir cədvəlində ilk 4 yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin qarşılaşmalarında qalib gələnlər çempion adı uğrunda, məğlub olanlar isə bürünc medallar üçün yarışacaqlar.
Regional yarışa noyabr ayında yekun vurulacaq.
Keçidlər