Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü qeyd olunub.

13 fevral 2023 | 15:30

Xaçmaz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını xidmətin yaranmasının 11-ci ildönümü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin rəisi Rahim Ağayev qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məlumat verib.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və yerli hüquq mühafizə orqanlarının rəhbərləri xidmət əməkdaşlarına təbriklərini səsləndiriblər.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və medallar təqdim olunub.

Keçidlər