Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb.

15 may 2023 | 18:45
Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və digər məsul şəxslər iştirak edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qonaqlara rayonun potensial imkanları, sosial iqtisadi vəziyyəti və nəqliyyat infrastrukturu barədə ətraflı məlumat verib. Yeni müqavilənin əhəmiyyətini yüksək qiymətləndirib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib ki, ölkəmizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri həyata keçirilməkdədir. Dayanıqlı İnkişaf məqsədlərinin məqsəd, meyar və göstəricilərinin milliləşdirilməsi üçün əhatəli və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Odur ki, bu gün icrasına başladığımız layihə məhz 2030-cu ilədək addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsəd özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir.
Müqavilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini bildirib.
Görüşdə layihənin gedişatına dair ətrfalı fikir mübadiləsi aparılıb.
Sonda AzTU-nun Sosial-inkişaf mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə təqdim edilib.
Keçidlər