Xaçmaz rayonunda şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil edilib.
07 oktyabr 2024 | 10:44
Xaçmaz rayonunda şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsininə 550 nəfərlik ehsan süfrəsi təşkil edilib.
Məclisdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Mərasimdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyüynün müdafiəsinə qalxan və doğma Qarabağımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan oğullarımızın şücayətindən, vətənə olan sədaqətindən söz açaraq, onların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyiblər. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri həyata keçirilir, müasir dövrün tələblərinə cavab verəcək kənd və qəsəbələr, şəhərlər salınır.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.