Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda tullantı sutəmizləyici qurğular kompleksi istifadəyə verilib.

16 dekabr 2022 | 17:59

Xaçmaz rayonunda Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində sutkalıq məhsuldarlığı 60 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi istifadəyə verilib

Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov və Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada iştirak edib.

Gülalan kəndi ərazisində inşa olunan bu qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin, həmçinin “Şahdağ” Turizm Mərkəzinin tullantı suları təmizlənib kənarlaşdırılacaq.

Qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu və yağayırıcı kameralar, bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması üçün çənlər, nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya və digər sistemlər quraşdırılıb. Tullantı sutəmizləyici qurğu kompleksində inzibati bina, kompressor, transformator və digər yardımçı tikililər inşa edilib.

Çirkab suların sutəmizləyici qurğuya axıdılması üçün min metr, təmizlənmiş suyun isə qurğudan Qudyalçay hövzəsinə axıdılması üçün 1800 metrlik, diametri 1400 millimetr olan su şəbəkəsi çəkilib.

Sonra tədbir iştirakçıları ekoloji aksiyaya qoşulub. Kompleksin ərazisinə müxtəlif ağaclar əkilib.

Keçidlər