Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub.

10 may 2023 | 16:05
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə təşkilat və müəssisələrin kollektivləri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçiriblər.
Rəsmi hissədə əvvəlcə Dövlət Himni sələndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolundan, müasir müstəqil Azərbaycan dövlətinin güclənməsinə xidmət edən uğurlu fəaliyyətindən geniş danışıb. Qeyd edib ki, dahi şəxsiyyət bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib. Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonda tədbir iştirakçıları Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.
Keçidlər