Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

06 may 2026 | 17:27
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatı, Quba-Xaçmaz Regional Təhsil, Mədəniyyət, Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Məktəblərdə, peşə təhsil mərkəzlərində, Heydər Əliyev Mərkəzində, eləcə də digər mədəniyyət müəssisələrində keçirilən tədbirlərdə Ulu Öndərin zəngin həyat yolu, dövlətçilik irsi və xalqımıza bəxş etdiyi müstəqillik ideyaları gənclərin diqqətinə çatdırılıb.
Xaçmaz rayon Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiyalarda şagirdlər Ulu Öndərin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Silsilə tədbirlər çərçivəsində fotostendlər, mövzu sərgiləri, ədəbi-bədii kompozisiyalar və video materiallar nümayiş etdirilib. Xaçmaz rayon Gənclər və İdman sektorunun təşkilatçılığı ilə idman yarışları və intellektual müsabiqələr keçirilib.
Həmçinin Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Yalçın Adıgözəlovun dirijorluğu ilə geniş konsert proqramı təqdim olunub.
Bu tədbirlər gənc nəslin Ümummilli Liderin ideyalarına sadiqliyini nümayiş etdirir, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına xidmət göstərir.
Keçidlər