Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda ümumrayon iməciliyi keçirilib

04 mart 2023 | 11:11
Xaçmaz rayonunda park və xiyabanlar, yol kənarları, eləcə də qəbiristanlıqlarda təmizlik işləri aparılıb. Ümumrayon iməciliyində idarə, təşkilat və müəssisələrin kollektivləri və sakinlər aktiv iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri sakinlərlə birlikdə təmizlik aksiyasında iştirak edib.
Xaçmaz şəhər, Qaraqurdlu və Rus qəbiristanlıqlarında məzarlıqların ətrafında səliqə-sahman yaradılıb, vətəndaşların rahat hərəkəti üçün daxili yollara çınqıl tökülüb, ərazi otlardan və kol-kosdan təmizlənib.
İməcilik çərçivəsində magistral və kənd daxili yolların kənarına yeni ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbət zamanı qəbiristanlıqların təmiz saxlanılmasının, təmizlik aksiyalarını mütəmadi olaraq davam etdirilməsinin vacibliyini vurğulayıb. İcra başçısı qeyd edib ki, analoji aksiyalar növbəti həftələrdə kənd və qəsəbələrdəki qəbiristanlıqlarda təşkil ediləcək.
Keçidlər