Xaçmaz rayonunda xristian icmasının üzvləri Pasxa bayramını qeyd ediblər.
05 may 2024 | 15:23
Onlar Xaçmazdakı “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinə gələrək dini ayinlər icra edib, müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar yandırıblar.
Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib, Pasxanın rəmzlərindən sayılan yumurtalar boyanıb.
Qeyd edək ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir.