Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda yanğın təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir keçirilib.

14 aprel 2023 | 15:09

İştirakçılar əvvəlcə Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev və digər natiqlər təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda ətraflı məlumat verərək, ötən il qeydə alınan yanğın hadisələrinin statistikasına nəzər yetiriblər.

Çıxışlarda yanğın halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə tövsiyələr verilib.

Keçidlər