Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində növbəti ekoloji aksiya keçirilib.

18 may 2024 | 15:12
Sahilboyu ərazilərin təmizlənməsində Xaçmaz Rayon İcra Hakimiyyətinin, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyələrin işçiləri eləcədə sakinlər aktiv iştirak ediblər.
Çimərliklərdə dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Toplanan zibil qalıqlarının daşınması təmin edilib. Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub.
Keçidlər