Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir

11 mart 2023 | 11:24
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Xaçmaz rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası Xaçmaz-Quba yolunda təşkil olunub. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri və içtimayyət nümayəndələri ekoloji tədbirdə iştirak ediblər. Aksiya çərçivəsində magistral yolun kənarına 500 ədəd müxtəlif növ ağaclar əkilib, yeni yaşıllıq zolaqları salınıb, suvarılması təmin edilib.
Bundan başqa Xaçmaz şəhərinin mərkəzində yerləşən park və xiyabanlara, yol kənarlarına yeni ağac və gül kolları basdırılıb.
Ümumrayon iməcliyi çərçivəsində magistral və kənd daxili yolların kənarında eləcə də kənd qəbiristanlıqlarında təmizlik işləri aparılıb, yeni ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.
Xaçmaz rayonunda analoji aksiyalar növbəti həftələrdə də davam etdiriləcək.
Keçidlər