Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda yerli sahibkarlarla görüş keçirilib

27 yanvar 2023 | 12:53

27 yanvar 2023-cü il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilmişdir. Görüş zamanı Regionlarda özəl investisiya fəallığının artırılması və investisiyaların cəlb edilməsi və “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsi mövzusunda  çıxış edən icra başçısı Elnur Rzayev Regionlarda özəl investisiya fəallığının artırılması və investisiyaların cəlb edilməsi məsələsinə toxunaraq bildirdi ki, işğaldan azad olunan torpaqların boşaldılması həyata keçirildikdən sonra iki əsas məsələ gündəmə gəldi. Birinci məsələ, əhalinin rayonlara köçürülməsinin təmin edilməsi istiqamətində ilkin infrastruktur layihələrinin həyata keçirilməsi və ikinci mövzu isə, regionun iqtisadi aktivliyini həyata keçirtmək üçün müxtəlif sahələr üzrə investisiyaların yatırılmasıdır.

Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ölkə Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan, Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının 7.1.22. bəndində əksini tapan “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi məsələsinə toxunaraq qeyd etdi ki, “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin Respublika Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılmışdır. 7 ildir ki, fəaliyyət göstərən qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək olmuşdur. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. “ABAD” mərkəzləri ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım və ən əsası, satışın təşkili ilə və avadanlıq ilə təmin edir. İstehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili “ABAD” tərəfindən həyata keçirilir. “ABAD” mərkəzlərinin sahibkarlara öz məhsullarını satmaları üçün geniş imkanlar açdığını qeyd edən rayon rəhbəri onları dövlət tərəfindən yaradılan bu imkandan səmərəli istifadə etməyə çağırıb, bununla bağlı tövsiyələrini verib.

Keçidlər