Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun Qaraçı kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

23 fevral 2023 | 12:09

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Qaraçı kəndində səyyar qəbul keçiriblər.

Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsinə daxil olan Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Gülalan, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak edib.

Vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, su və kanalizasiya ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər