Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun Şərifoba kəndində Vətən müharibəsi şəhidi Rəvan Şahmuradovun adının əbədiləşdirilməsi məqsədilə bulaq kompleksi inşa edilib.

14 iyul 2022 | 17:30

Kompleksin açılışı şəhidin doğum gününə təsadüf edib. Bu münasibətlə keçirilən mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.

Çıxışlarda Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilibb. Qələbənin tarixi əhəmiyyətini xüsusi vurğulanıb.

Açılış mərasimində məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik şeirləri səsləndirilib.

Şəhid Rəvan Şahmuradovun atası Dilşad Şahmuradov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər