Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun turizm zonalarında təmizlik işləri davam etdirlir.

12 noyabr 2022 | 14:47

Xaçmaz rayonunun dənizkənarı ərazilərində növbəti təmizlik aksiyası təşkil olunub. Sahilboyu ərazilərin təmizlənməsinə mənzil-kommunal təsərrüfatı idarəsinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyənin işçiləri, eləcə də yerli sakinlər cəlb olunublar.

Vətəndaşlar tərəfindən dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri həyata keçirilib. Nəticədə Niyazoba kəndində və İstisu qəsəbəsinin sahil zolaqları məişət tullantılarından təmizlənib. Toplanan zibil qalıqlarının xüsusi texnikalarla daşınması təmin edilib.

Qeyd edək ki, mütəmadi olaraq Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi işləri aparılır.

Keçidlər