Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun Yalama kəndində səyyar qəbul keçirilib

22 aprel 2022 | 14:31
Xaçmaz rayonunun Yalama kəndində səyyar qəbul keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Sevil Mikayılova Yalama kəndində səyyar qəbul keçirib. Qəbulda Yalama İnzibati Ərazi Dairəsinə daxil olan Düztahiroba, Xanoba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kəndlərinin sakinləri iştirak edib.
Yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat rəhbərlərinin qatıldığı səyyar qəbul Heydər Əliyev adına istirahət parkında təşkil olunub. Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sakinlər kəndlərarası yolun təmiri, yeni salınan yaşayış massivinin qazlaşdırılması, bəzi ərazilərdə elektrik təsərrüfatının yenilənməsi, suvarma suyuna olan ehtiyacın ödənilməsi, məktəb təmiri və idman zalının inşası ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Milli Məclisin deputatı Sevil Mikayılovada səsləndirilən müraciətlərin həlli istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər