Xaçmaz sakininin çay daşları üzərində yaratdığı əsərlərin sərgisi təşkil olunub
“Zəfər Günü” ərəfəsində Xaçmaz Rəsm Qalereyasında Alıcqışlaq kənd sakini Ədalət Pirverdiyevin əl işlərindən ibarət sərgi təşkil edilib.
Rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan sərgidə ustanın çay daşları üzərində oyma üsulu ilə hazırladığı əsərləri yer alıb. Ədalət Pirverdiyev dahi şəxsiyyətlərin, elm adamlarının, 44 günlük Vətən Mührabiəsində qazanılan qələbədə pay sahibi mərd oğulların portretlərinin xüsusi ustalıqla hazırlayıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sərgi ilə tanış olub. Usta ilə həmsöhbət olan icra başçısı ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Elnur Rzayev sərginin əhəmiyyətindən danışıb, bu sənətin yaşadılmasının vacibliyini vurğulayıb.
Ədalət Pirverdiyev göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını bildirib.