Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin 30 illik yubileyi qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsmlərlə tanış olublar.

05 may 2023 | 19:20
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova məktəbin müəlllim və şagird kollektivini yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məktəbin direktoru Telnaz Adıgözəlova ölkəmizdə mədəniyyət və incəsənətin, uşaq yaradıcılığının inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bu illər ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, məktəbin şagirdləri müxtəlif respublika müsabiqələrində bir çox naliyyətlər qazanıb.
Tədbirdə Uşaq İncəsənət məktəbinin kollektivinə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin adından fəxri fərman və hədiyyə təqdim olunub.
Tədbirdə məktəbin 30 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda Xaçmaz Uşaq İncəsənət Məktəbinin şagird və məzunları geniş konsert proqramı ilə çıxış ediblər.
Keçidlər