Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz şəhərində “Abad məhəllə” istifadəyə verilib

21 dekabr 2023 | 16:47
31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən 62, 62a və 64 saylı binaların həyətində salınan “Abad məhəllə” istifadəyə verilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə söhbətgah və oturacaqlar qoyulub, uşaq-əyləncə və idman qurğuları quraşdırılıb, yeni yaşıllıqlar salınıb.
Nümunəvi məhəllədə sakinlərlə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini səsləndirib, xoş arzularını çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda belə layihələr davam etdiriləcək. Elnur Rzayev sakinlərlə həmsöhbət olub, müraciət və təkliflərini dinləyib. Onlara nümunəvi məhəllədə yaradılan şəraitdən səmərəli şəkildə istifadə etməyi tövsiyə edib.
Məhəllə sakinləri görülən işləri yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər