Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz şəhərində “Abad məhəllə” salınır

13 noyabr 2023 | 15:32
Xaçmaz rayonunda abadlıq-quruculuq işləri və infrastruktur layihələrin icrası uğurla davam etdirilir. Tədbirlər planına uyğun olaraq rayon mərkəzində daxili yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, abad məhəllələr salınır.
Hazırda Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsi 62, 62a və 64 saylı binaların həyətində abad məhəllənin salınması istiqamətində iş aparılır.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün sözügedən ünvanda söhbətgah və oturacaqlar qoyulacaq, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları quraşdırılacaq, yeni yaşıllıqlar salınacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub. İşlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlarını verib. Sakinlərlə səmimi söhbət edən icra başçısı onların müraciət və təkliflərini dinləyib.
Sakinlər görülən işləri yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər