Xaçmaz şəhərində səyyar qəbul keçirib
13 fevral 2024 | 17:30
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar qəbulunu Xaçmaz şəhərində reallaşdırıb. Qəbulda yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının məsul şəxsləri eləcədə Xaçmaz şəhərinin sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə görüş iştirakçılarını təbrik edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə o cümlədən Xaçmaz rayonunda həyata keçirilən sosial-iqtisadi layihələrdən danışıb.
Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, daxili yolların təmiri, həyatyanı torpaq sahələrinin ayrılması və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.