Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz şəhərində səyyar qəbul keçirilib

02 mart 2023 | 15:12

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz şəhərində qəbul keçirib. Qəbulda yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri eləcədə Xaçmaz şəhərinin sakinləri iştirak edib.

Rayon rəsmiləri əvvəlcə Xaçmaz şəhəri 4 saylı tam orta məktəbin həyətində şəhid Mehman Şıxbala oğlu Məhəmmədovun büstünü ziyarət edib, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib. Sakinlər yeni salınan yaşayış massivlərinin qazlaşdırılması, daxili yolların təmiri, gecə işıqlandırılması və içməli su ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər