Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda 2 Fevral Gənclər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

01 fevral 2023 | 16:27

Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Xaçmaz rayonunda da Xaçmaz Rayon İcra Hakimiyyəti və Gənclər İdman İdarəsinin təşkilatçılıgı ilə 2 Fevral Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər- müxtəlif intellektual oyunlar, idman yarışları, sərgilər təşkil olunur.

Bütün tədbirlərdə çıxış edənlər Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmişdir. Gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün Azərbaycan gənclərini “2 Fevral Gənclər günü” münasibətilə təbrik etmişlər.

Keçidlər