Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda əmək yarmarkası keçirilib

15 iyul 2026 | 17:10
Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Xaçmaz rayonunda növbəti əmək yarmarkası keçirilib. Əmək yarmarkasında 17 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 116 boş iş yeri təqdim edilib.
Təklif edilən iş yerlərinin 25-i ali və orta ixtisas tələb edən vakansiyalardır. İş yerləri müəllim, mühasib, hüquqşünas, mühəndis, dizayner, sürücü, kassir, fəhlə və digər ixtisas və peşələr üzrə olub.
İşəgötürənlərin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil edilərək, işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 400-dən çox vətəndaşla iş aparılıb. Dəvət edilmiş şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıblar. Tədbir zamanı 203 nəfər vətəndaşın müraciəti qeydə alınıb.
Keçidlər