Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda futbol üzrə rayon turniri start götürüb

27 aprel 2022 | 14:54

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Xaçmaz rayonunda futbol üzrə rayon turnirinə start verilib. Rayon İcra Hakimiyyətinin yerli Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi turnirdə müxtəlif bələdiyyələri təmsil edən 19 komanda mübarizə aparır.

Yarışların ilkin mərhələsi Yergüc və Nərəcan kənd stadionunda keçirilir. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nərəcan kəndində keçirilən Yergüc və Müşkür bələdiyyələrinin oyununu izləyib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 3-3 hesabı ilə başa çatıb.

Oyundan sonra həvəskar futbolçularla görüşən Elnur Rzayev ümummilli lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirib, hazırda ölkəmizdə bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, turnirin keçirilməsində məqsəd Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağı artırmaqdır.

Turnirə mayın 23-də yekun vurulacaq. Qaliblər Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və həvəsləndirici pul mükafatı ilə təltif ediləcək.

Keçidlər