Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

24 iyul 2026 | 17:25
Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə Gənclər və İdman sektoru, Xaçmaz rayon Heydər Əliyev Mərkəzi, eləcə də Gənclərin Karyera və İnkişaf Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin Xaçmaz bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş “Birlikdə yeni hədəflərə doğru” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər gənclərin sosial fəallığının artırılmasının, onların idmana və sağlam həyat tərzinə cəlb olunmasının dövlət gənclər siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bildiriblər.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə gənclərin təhsilə, elmə, mədəniyyətə və idmana cəlb olunması, onların məşğulluq, sahibkarlıq və sosial müdafiə sahələrində dəstəklənməsi məqsədilə geniş imkanlar yaradılıb və mütəmadi olaraq yeni təşəbbüslər həyata keçirilir.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevə və dövlət gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Rayonun ictimai həyatında fəallıq göstərən gənclər, eləcə də cari ildə yüksək nailiyyətlər əldə etmiş idmançılar fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.
Keçidlər