Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda “Heydər Əliyev - Unudulmaz Lider 100” adlı xalça sərgisi təşkil olunub

09 yanvar 2024 | 12:51
Xaçmaz Rayon İcra Hakimiyyəti və “QEYD – Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev - Unudulmaz Lider 100” adlı xalça sərgisinin təqdimat mərasimi keçirilib.
Heydər Əliyev mərkəzində təşkil olunan tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, “QEYD – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar mərkəzin foyesində dahi şəxsiyyət Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalarla tanış olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev "Heydər Əliyev - Unudulmaz Lider 100” adlı xalça sərgisinin təşkilini yüksək qiymətləndirib.
Keçidlər