Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda müasir standartlara uyğun yeni heyvan satışı bazarı istifadəyə verilib

27 iyul 2026 | 18:33
Xaçmaz rayonunda müasir infrastruktura və sanitar-gigiyenik normalara tam uyğunlaşdırılmış yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin mütəxəssisləri ilə birlikdə bazarda yaradılan şəraitlə yaxından tanış olub.
Baxış zamanı məlumat verilib ki, bazarda heyvanların müvəqqəti saxlanması, baytarlıq-sanitariya nəzarətinin həyata keçirilməsi, eləcə də alıcı və satıcılar üçün bütün lazımi infrastruktur yaradılıb. Vətəndaşların rahatlığı üçün əlverişli ticarət sıraları təşkil edilib və zəruri avadanlıqlar quraşdırılıb.
AQTA nümayəndələri qida təhlükəsizliyi və baytarlıq qaydalarına ciddi riayət olunması məqsədilə həyata keçirilən nəzarət tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Yeni bazarın istifadəyə verilməsi əhalinin təhlükəsiz və keyfiyyətli heyvandarlıq məhsulları ilə təminatına, qanunsuz ticarətin qarşısının alınmasına, eləcə də regionda kənd təsərrüfatının və heyvandarlığın inkişafına mühüm töhfə verəcək.
Keçidlər