Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün piknik təşkil olunub.

28 avqust 2022 | 06:59

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samur-Yalama Milli Parkında şəhid ailələri, qazilər və Vətən müharibəsinin iştirakçıları üçün piknik təşkil olunub.

Bazar günü təşkil edilən piknikdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və polis şöbəsinin rəisi Həmid Həsənovda iştirak edib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz rayonunda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət göstərildiyini və belə tədbirlərin davamlı şəkildə keçiriləcəyini vurğulayıb.

Açıq havada təşkil olunmuş piknikdə müxtəlif oyunlar oynanılıb, iştirakçıların istirahəti üçün lazımi şərait yaradılıb.

Şəhid ailələri, qazilər və müharibə iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Keçidlər