Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda səyyar “Sağlam həyat” layihəsi reallaşıb.

17 dekabr 2024 | 17:19
Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən Səyyar “Sağlam həyat” günləri layihəsi davam edir. Səyyar "Sağlam həyat" günləri layihə çərçivəsində səyyar idman avtomobilinin növbəti ünvanı Xaçmaz şəhəri olub.
Tədbirdə ümumilikdə 14 müxtəlif yaş qrupuna aid 240 nəfər şəxs iştirak edib.
Səyyar "Sağlam həyat" layihəsinə qoşulan idman həvəskarları öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayıblar.
Sonda qaliblər müvafiq sertifikatlarla təltif olunublar.
Keçidlər