Xaçmazda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb
12 dekabr 2025 | 11:57
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının iyirmi ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də şəhid ailələri, ziyalılar, ağsaqqallar və gənclər Xaçmaz şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.






