Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazlı iş adamları şəhid anasına ev hədiyyə edib

30 noyabr 2023 | 17:23

Xaçmaz rayonundan olan iş adamları şəhid Davud Hacıyevin anası Validə Hacıyevanı evlə təmin edib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və yerli iş adamları şəhid anasının yeni mənzilində qonaq olublar. Qonaqlar şəhid Davud Hacıyevin fotolarından ibarət güşəyə baxış keçirib, şəhid anasının qayğıları ilə maraqlanıblar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışıb. Şəhidlərimizin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.

İş adamları qeyd edib ki, canından keçmiş qəhrəmanlarımızın xatirəsini daim əziz tutmaq onların ailəsinin qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur.

Şəhid anası Validə Hacıyeva göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin minnətdarlığını ifadə edib.

Keçidlər