Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazlılar qardaş ölkəyə dəstəyini əsirgəmir

23 fevral 2023 | 15:03

Xaçmaz Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış və hər cür məişət şəraiti ilə təmin olunmuş müasir modul tipli 5 ədəd fərdi yaşayış evi Bakı şəhərindən qardaş ölkəyə yola salınıb. Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 2 otaqlı belə evlərin hər birində 12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.

Zəlzələdən zərərçəkənlərə yardım aksiyasında Xaçmaz sakinləri, sahibkarlar və könüllülərdə də fəal iştirak edir.

Qardaş ölkəyə toplanan əşyalar arasında qış paltarları, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar ərzaq, su, və digər qida məhsulları çoxluq təşkil edib.

Vətəndaşlar tərəfindən gətirilən yardımlar könüllülər tərəfindən qablaşdırılaraq avtomobillərə yüklənib və qardaş ölkəyə göndərilib.

Xaçmaz rayonundan bu günədək qardaş ölkəyə 10-a yaxın yardım avtomobili yola salınıb.

Səninləyik, Türkiyə !

Keçidlər