Şriftin ölçüsü :

Saytın rəngi :

Xanoba kəndində səyyar qəbul keçirilib.

15 noyabr 2022 | 18:09

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul əməkdaşları ilə birlikdə Xanoba kəndində səyyar qəbul keçirib. Qəbulda Yalama İnzibati Ərazi Dairəsinə daxil olan Düztahiroba, Xanoba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kəndlərinin sakinləri iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər yeni yaşayış massivlərinin qazlaşdırılması, məktəbin istiliklə təchizatı, ümumi orta məktəbin tam orta məktəbə çevrilməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər