Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur.
Baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ümumilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı xalqa müraciətində demişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Xalqımız Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən ordusunu darmadağın edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdi. Şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının qisası döyüş meydanında alındı. Bu tarixi Qələbəmiz bir daha sübut etdi ki, Azərbaycan xalqına qarşı törədilmiş heç bir cinayət, ədalətsizlik və qəddarlıq cavabsız qalmayacaqdır Xocalı faciəsinin 31 illiyi ilə əlaqədar Xaçmaz rayonunda da müxtəlif idarə, təşkilat və müəssisələr tərəfindən silsilə tədbirlər təşkil olunur, rəsm və kitab sərgiləri, sənədli və bədii filmlər nümayiş etdirilir, ədəbi-bədii kompazisiyalar təqdim olunur. Keçirilən tədbirlərdə xalqımızın 200 il ərzində erməni millətiçi sovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalması, tarixi torpaqlarından qovulması, qaçqına, məcburi köçkünə çevrilməsi və bütün bunların ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunması bir daha diqqətə çatdırılmışdır.
Soyqırımın otuz birinci ildönümündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyirik.