Şriftin ölçüsü :

Saytın rəngi :

Xudat şəhərində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar möhtəşəm bayram konserti keçirilib.

14 iyun 2023 | 22:54
Xaçmaz rayonunda 15 İyun – Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub. Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz Regional Mədəniyyət İdarəsi və ARB Media Qrupun birgə təşkilatçılığı ilə Xudat şəhərində əsaslı şəkildə yenilənən Nizami Gəncəvi adına parkda geniş konsret prorqamı təşkil olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərin də iştirak etdiyi bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifalarla çıxış ediblər. Musiqili proqram iştirakçılarda xoş ovqat yaradıb.
Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Keçidlər