Xudat şəhərində səyyar qəbul keçirilib
09 mart 2023 | 11:18
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində sakinlərin müraciət və təkliflərini dinləyib. Qəbulda Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Xudat şəhəri və Şollar qəsəbəsinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib. Müraciətlər elektrik təsərrüfatının yenilənməsi, yeni salınan yaşayış massivlərinin qazlaşdırılması, su ilə təchizatın yaxşılaşdırılması, xəstəxana üçün yeni binanın inşası və digər sosial sahələri əhatə edib.
Mürcaiətləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.