Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın 32-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

23 noyabr 2024 | 12:36
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 32-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Ekoloji aksiya “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun kənarında təşkil olunub.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar magistral yolun kənarına yerli iqlim şəraitinə uyğun gələn şam ağacları əkiblər. Həmçinin əvvəl əkilən ağaclara aqro-texniki qulluq göstərilib, suvarılması təmin edilib.
Aksiyanın məqsədi yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığına tövhə vermək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Keçidlər