"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində turizm zonalarında yerləşən çimərliklərdə və yol kənarlarında təmizlik işləri aparılıb.
20 aprel 2024 | 12:31
Sahilboyu ərazilərin və yol kənarlarının təmizlənməsində Xaçmaz Rayon İcra Hakimiyyətinin, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyələrin işçiləri eləcədə sakinlər aktiv iştirak ediblər.
Çimərliklərdə dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Toplanan zibil qalıqlarının daşınması təmin edilib. Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub.
Aksiya çərçivəsində Gəndob-Yalama və Quba-Xaçmaz yolunun kənarında təmizlik işləri aparılıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların suvarılması təmin edilib.