Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü qeyd edilib.

16 yanvar 2026 | 10:22
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, sıralarının ildən-ilə genişləndiyini söyləyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad edib. Hazırda Qarabağda genişmiqyaslı quruculuq işləri həyata keçirilir və məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və digər çıxış edənlər ötən 33 illik müddət ərzində partiyanın rayon təşkilatı üzvlərinin Heydər Əliyev ideologiyasına və Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd ediblər.
Digər çıxış edənlər – Nazim Ağayev, Sürəyya Əmirova, Abasyar Heydərov, Arif Əşrəfov, Zal Zalov, Ceyhun Süleymanov və Aydın Əsgərbəyli Heydər Əliyevin xalq və dövlət qarşısında göstərdiyi xidmətlərdən danışıblar. Otuz üç il əvvəl Xaçmaz rayonunda YAP-ın rayon təşkilatının yaranması istiqamətində görülmüş işlər barədə xatirələrini bölüşüblər.
Sonda partiyanın ictimai-siyasi fəaliyyətində fəallıq nümayiş etdirən bir qrup şəxs Fəxri fərmanla mükafatlandırılıb. Həmçinin partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
Keçidlər