Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü qeyd olunub.

14 noyabr 2022 | 12:13

Xaçmaz rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin, şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğunu söyləyib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmaqdadır.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, ötən 30 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük qurucululq salnaməsidir. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçib.

Milli Məclisin deputatı Sevil Mikayılova, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Elbay Qasımzadə, şəhid anası Nərgiz Veysova, Vətən Müharibəsi qazisi Tariyel Didarov və digər çıxış edənlər Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinə nəzər yetirib, Xaçmaz rayonunun sosial, iqtisadi uğurlarında partiya fəallarının rolunu yüksək qiymətləndiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər